Alyans Tekstil, ООО
Alyans Tekstil- İnkişafdayıq hər il
«Alyans Tekstil» MMC - müasir standartlara cavab verən, İşçi və xüsusi geyimlərin (kombinezon, kostyum, gödəkçə və s.) istehsalı, işçi ayaqqabılarının və fərdi qoruyucu vasitələrin (raspirator, dəbilqə, eynək, əlcək, qulaqcıqlar və s.) satışı ilə məşğul olan şirkətdir.
Məqsədimiz: istehlakçını öz zövqünə uyğun, maksimum təhlükəsizliyi təmin edən keyfiyyətli məhsul ilə təmin etmək.
Texniki imkanımız: modellərin hazırlanması üçün ən müasir texnologiyadan istifadə etməklə, məhsulu yalnız beynəlxalq standartlara tam cavab verən, Yapon və Alman istehsalı olan müasir və yüksək dəqiqliklə işləyən avadanlıqlar ilə istehsal edirik.
Keyfiyyət göstəricimiz: Bizdə tətbiq olunmuşKeyfiyyət İdarəetmə Sistemi İSO 9001:2000 əsasında məqsədimizə yalnız keyfiyyətli xammal tətbiq etməklə nail olmaq.
Sizə köməyimiz: Peşəkarpersonalımız əməkdaşlarınızın əmək təhlükəsizliyinin tam təmin olunması üçün lazımi paltar və fərdi mühafizə vasitələrini seçməyə köməklik edə bilərlər.
Əlaqələrimiz: şirkətimiz FQV bazarlarında yüksək nüfuza malik Türkiyənin məşhur YDS və Fransanın DELTAPLUS şirkətlərinin Azərbaycandakı rəsmi distribyutorudur.
Prezident İlham Əliyev Sumqayıt şəhərində “Alyans Tekstil” tikiş fabrikinin açılışında iştirak edib
Prezident İlham Əliyev “Alyans Tekstil” tikiş fabrikini işə saldı.
Məlumat verildi ki, tekstil fabriki 2 əsas istehsal və 4 köməkçi sahədən ibarətdir.
Dövlət başçısı fabrikin dünyanın ən qabaqcıl şirkətlərinin müasir avadanlığı ilə təchiz edilmiş tikiş sahəsində istehsal prosesi ilə tanış oldu.
Fabrikin kollektivini salamlayan dövlət başçısı İlham ƏLİYEV dedi:
- Sizi ürəkdən təbrik edirəm. Bu gün Sumqayıtda yeni gözəl sənaye müəssisəsi, tekstil fabriki açılır. Bu, gözəl hadisədir. Şadam ki, fabrikdə bütün işlər yüksək səviyyədə qurulub.